Avtovağzalda nə baş verib?- Sərnişinlər narazılıq edir (FOTOLAR)


16:45     17 Mart 2018 2018/03/29249880_1649792128431248_8731860175683584000_o_1521276345.jpg

Bakı Beynəlxalq Avtovağzalında yaranmış sıxlıq sərnişinlərin narazılığına səbəb olub.


Bu barədə Femida.az -a müraciət edən sərnişinlərin bildirdiyinə görə, səhər saatlarından avtovağzalda olsalar da, rayonlara gedən marşurutlar işləmir. Problem daha çox Beyləqan və Ağcabədi rayonları istiqamətində hərəkət edən avtobuslarda yaranıb. Havanın yağışlı olması sərnişinlərə əlavə problem yaradıb.Sərnişinlərin bildirdiklərinə görə, məsələ ilə bağlı avtovağzal əməkdaşlarına müraciət etsələr də, tədbir görülməyib. Bu saatlara qədər avtovağzalda sıxlıq müşahidə olunduğu qeyd olunur.

Femida.az məsələ ilə bağlı Bakı Beynəlxalq Avtovağzalından münasibət öyrənmək istəsə də, telefon zənglərinə cavab verən olmadı.




Mircəlal Məcidli
Femida.az

Açar sözlər: #Bakı   #Beynəlxalq_Avtovağzal   #Avtobus   #Tıxac   #Sıxlıq  

Oxunub: 3274