Rusiya britaniyalı diplomatları ölkədən çıxarır


19:18     17 Mart 2018 18_03_17_1521276968.jpg

Rusiyanın Xarici İşlər Nazirliyi Böyük Britaniya səfirliyinin 23 diplomatik işçisini “persona non-qrata” elan edib və Rusiyanı tərk etmələri üçün bir həftə vaxt verib.



Femida.az -ın xəbərinə görə, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin saytında məlumat verilir.

Nazirliyin məlumatında deyilir ki, “Böyük Britaniyanın Moskvadakı səfirliyinin 23 diplomatik işçisi “persona non-qrata” elan olunur və həftə ərzində geri göndərilir”.

XİN-də qeyd ediblər ki, bu Britaniya tərəfinin təxribat xarakterli hərəkətlərinə və martın 4-də Solsberi şəhərində baş vermiş hadisə ilə (Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın zəhərlənməsi) bağlı (Böyük Britaniya) Rusiya Federasiyasını əsassız ittiham etməsinə cavab tədbiridir”.

Femida.az

Açar sözlər: #Rusiya   #Britaniya  

Oxunub: 516