Filippində təyyarə qəzaya uğradı - Ölənlər var


17:35     17 Mart 2018 teyyare2.jpg

Filippində təyyarənin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub.


Femida.az xəbər verir ki, hadisə Bulakan əyalətində baş verib.

"Lite Air Express" şirkətinə məxsus təyyarədə 6 sərnişin və 1 pilot olub. Hazırda qəzanın baş vermə səbəbləri ilə bağlı araşdırma aparılır.

Qeyd olunur ki, həmin aviaşirkətə məxsus təyyarələr istintaq müddətində uçuşlarını dayandırıb.


Femida.az

Açar sözlər: #Qəza   #Təyyarə   #Şirkət    

Oxunub: 891