82 yaşlı qadın özünü asdı


17:45     17 Mart 2018 intihar%20azvision.az.jpg

Ağsu rayonunda ahıl qadın intihar edib.


Femida.az-ın xəbərinə görə, hadisə rayonun Nüydü kəndində qeydə alınıb. Kənd sakini, 1936-ci il təvəllüdlü Bayramova Mənsurə yaşadığı evin həyətində özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Femida.az

Açar sözlər: #Ağsu   #İntihar  

Oxunub: 776