Oğru dünyasının ən qorxulu killerinin dəhşətli HƏYATI

Oğru dünyasının ən qorxulu killerinin dəhşətli HƏYATI

13:47     17 Mart 2018 18_03_17_1521280160.jpg

İspaniyada məskunlaşan Rusiya killerlərinin lideri “Osya” (İt arısı) bu yaxınlarda Moskvaya ekstradisiya olunub. 90-cı illərin ən qəddar və qaniçən killeri kimi tanınan Sergey Butorin “Orexovo” qruplaşmasına başçılıq edirdi. Şəxsən onun əmri ilə məşhur killerlər: Aleksandr Salonik (“ Makedonski”) və Aleksandr Pustovalov (“Soldat”) bir neçə qətllərdə silah işlədiblər. Butorinin özü də iyirmiyə yaxın qətldə, soyğunçuluqda, banditizmdə təqsirli bilinir və onu ömürlük həbs cəzası gözləyirdi.



“Osya” Madriddən Moskvanın `Şerementyevo-2` aeroportuna İnterpol və FSB-nin əməkdaşlarının müşaiətiylə, adicə reyslə ekstradisiya edilib. Butorini paytaxtın SİZO-larından birinə, təkadamlıq kameraya oturdublar. Bir neçə gündən sonra istintaq başlanıb.

“Osya”nın şüarı: “İnsan var – problem də var, insan yoxdur - problem də yoxdur”.

İnsanı məhv etmək, aradan götürmək neçəyə başa gələr? Bu suala heç kəs birmənalı cavab verə bilməz, çünki sabit qiymət yoxdur. Sövdələşməklə razılığa gəlirlər. Kimisə aradan götürmək üçün tələb olunan məbləğ “obyekt”in statusundan, icranın formasından asılı olur. Qətli törətməyi boynuna götürən killer üçün qurbanın müdafiəsinin səviyyəsi, sifarişçi üçünsə adının məxfi qalması ən vacib tələbdir. Sifarişçi dövlət inzibati orqanlarından o qədər də çəkinmir, onlarla rüşvət vasitəsilə dil tapmaq olar. Onun qorxduğu kriminal aləmin aparacağı araşdırmalardır. Çünki onlar hər bir iş üzrə, xüsusilə kriminal avtoritetin aradan götürülməsini ən xırda detallarınadək araşdırır, saf- çürük edir və öz kodekslərinə uyğun hökm çıxarırlar.

Sergey Butorin bütün qüvvəsi ilə on ildən artıq idi ki, Rusiya güc strukturlarından gizlənməyə çalışıb və bu işdə müəyyən müvəffəqiyyətlər qazanmışdı. Rusiya FSB-əməkdaşları və İnterpol rəsmiləri dəfələrlə onun izinə düşsələr də, Osya aradan çıxmağı bacarıb. İstintaqın bu vaxtadək topladığı materiallarda Butorin 37 ağır cinayətdə təqsirkar bilinir. Onun başçılıq etdiyi "Orexovo" bandasının "boynunda" Moskva, Vladimir, Kiyev, Kazan, Riqa, Kişinyov... və Rostovda 50-dən artıq ölüm hadisəsi, 40-dək soyğunçuluq, onlarla başqa ağır cinayət işləri yüklənib. Qətlə yetirilənlər arasında biznesmenlər, pop və top mo-dellər, mafioz dəstələrdən olan konkurentlər və öz dəstələrindən, əmrləri yerinə yetirməyən podelniklərin adları sadalanır.

Bütün bunlara baxmayaraq, Sergey Butorin İspaniya dövlətinə siyasi sığınacaq verilməsi barədə ərizə ilə müraciət edib. Butorinin vəkilləri əvvəllər İspaniya məhkəmələrini Sergeyin guya Rusiyaya qaytarılacağı təqdirdə öldürüləcəyinə inandırmağı bacarıblar. Lakin 2011-ci ildə İspaniya Ali Məhkəməsi “Os-ya”nın ekstradisiyasına icazə verib.

Qanlı `razborkalar`

Doxsanıncı illərin ortalarında Saratovda baş verən ən qanlı “razborka” oğru aləmini şoka saldı.

1995-ci ildə Saratovda ən böyük nüfuz sahibi Çikun sayılırdı. “İt arısı”nın adamı kimi tanınan Çikunla yalnız yerli avtoritet Zuban bəhsə girişə bilərdi. Lakin onun iddiası tezliklə cavabını alır və “aborigen” Zuban güllənərək qətlə yetirilir. Artıq Çikunun monopoliyasına əl uzadacaq bir nəfər də yox idi. Lider daha gəlirli sayılan neft biznesi ilə məşğul olmağa başlayır. Nəzarətə götürdüyü neftayırma zavodu Moskva firmalarından alınan nefti beninə çevirir, başqa bir firması isə onu satmaqla yaxşıca qazanırdı.

`Lave` (pul) o qədər çox idi ki, Çikun bu qazancdan bir hissəsini özəlləşdirməyi qət edir və on milyard publu paytaxta göndərməyərək cibişdanlayır. Moskvadakı partnyorlar, ələxüsus da “Osya” bu saymazlığı avtoritetə bağışlamır. Obşakın çistoqanı (pul) oğru aləmində ən müqəddəs amıl sayılır. Oğru qardaşlığından oğurlamağın ən ağır cəza ilə nəticələndiyini Çikun dəfələrlə eşitsə də, öz dərisində hiss etməmişdi. Moskva liderləri bu işə göz yuma bilməzdi. Çikunun dərsini vermək üçün Butorinin tapşırığı ilə üç təcrübəli killer Saratova göndərilir.

Saratovun merinin yalnız ikicə “idmançısı” olduğu halda, Çikunu bir düjün cangüdən ciddi-cəhdlə qoruyurdu. Killerlər bir neçə gün onu izləsələr də, yaxın düşə bilmirlər. Onlardan biri Yunanıstanda quldur dəstəsinə basqınlar etmış və qiyabi olaraq 25 il həbs cəzası almış təcrübəli snayper idi. O, daha çılğın, daha ağılagəlməz plan seçir. Həmin yer “Qroza” şirkətinin ofisi seçilir. Çikun vaxtaşırı təpədən dırnağadək silahlanmış cangüdənləri ilə burada briqadirləri ilə görüşməyə gəlirdi. Məclisin şincamlı məqamında gözlənilmədən salona avtomatlarla siahlanmış üç nəfər daxil olur və həzin musiqini atəş səsləri batırır. Stol arxasında oturan on bratva və Çikun qanlarına qəltan edilir. Milis gələnədək killerlər aradan çıxır, şəhəri isə elə həmin dəqiqə bir neçə avtomobil dəyişməklə tərk edirlər.

“Qroza”dakı atışmadan sonra Çikunun dəstəsinin bəxti gətirmir. 1997-ci ilin sonlarında dəstənin liderləri sayılan altı briqadir Tolyattidə avtomobil ehtiyatları və neft məhsullarının ticarəti üzrə nüfuz dairəsini bölüşmək barədə məsələni müzakirə etmək üçün Çeremşan şəhərindəki sanatoriya binasına yollanırlar. Məsələnin dinc yolla, danışıqlar əsasında aparacaqlarını güman edən saratovlular özləri ilə yalnız bir tapança götürür və onu da dostluq nişanəsi kimi rəqiblərinə verirlər. Strelkaya hələ bir neçə saat qaldığından saratovlu briqadirlər saunada dincəlməyə qərar verir və gen boluna yeyib-içdikdən sonra orada çalışan qıza sataşmağa başlayırlar. Sən demə, qızın qardaşı da saunada işləyirmiş və o, bacısının müdafiəsinə qalxır.

İçkidən və üstündən çəkdikləri marixuanadan beyinləri dumanlanmış krutoylar oğlanın işə qarışmasından qəzəblənərək onun ağız-burununu qanadaraq bayıra itələyirlər.

Bir saatdan sonra saunaya beş nəfər əliavtomatlı daxil olur. Qızın biləyindən yapışmış krutoyu özlərinin hədiyyə verdikləri tapança ilə öldürürlər. Qalanları isə bir-bir çılpaq vəziyyətdə saunadan çıxararaq həyətdəcə qulaqlarına xəncər soxmaqla qətlə yetirirlər. Meyitləri maşına yığaraq meşəyə aparır, qarın altına basdırırlar. Lakin onlardan birinin nəfəsi kəsilməmişdi. Qatillər getdikdən sonra birtəhər sürünərək şoseyə çıxan saratovlunun həyatını xilas etmək mümkün olur. Onun sağalması üçün paytaxt oğruları ən tanınmış həkimləri Saratova gətirirlər. Vəziyyət azacıq düzələndə isə onu Moskvadakı özəl klinikaya aparırlar. Az sonra həm oğrular, həm də prokurorluq müstəntiqləri qətlin təfərrüatlarını öyrənirlər. Tolyattili qatillərin ikisi ömürlük həbs cəzasına məhkum olunur, üçü isə müxtəlif müddətlərə içəri alınırlar. Onlardan biri Samaradakı ciddi rejimli düşərgədə “petuşatnik”də özünü asaraq intihar edir, digər ikisi isə cəza müddətlərinin sonunadək zonada ən çirkli, ən çətin işləri yerinə yetirir, üzdəniraqlar üşün ayrılmış xatada otururdular.

“Osya”nın sağ əli – Rudik Bakinski

“Osya” hələ ittifaq dağılmamışdan əvvəl Zaqafqaziya və Orta Asiyada da yerli avtoritetlərə ağalıq edirdi.

1988-ci ilədək Bakıda və ümumiyyətlə, Cənubi Qafqazda at oynadan Rudik və Vaçikos qardaşları həmin dövrdə Butorinin sayəsində həm də Moskva cnayət aləminin qaymaqları sayılırdılar. Onlarla hətta Otari (“Qara Kardinal”, “Krivonosik”)- Kvantrişvili, Sergey Timofeyev-“Silvestr”, Vladimir Bıkov-“Balda” və sair Moskvaya ağalıq edən avtoritetlər hesablaşırdılar. 90-cı illərin birinci yarısında Moskva obşakını Rudolf Ohanov qədər “qrevlə” “qızdıran” ikinci oğru yox idi.

Müxtəlif kriminal hərəkətlərlə (əsasən narkotik biznesi) qazandıqları “lave”nin tən yarısını Rudik Paşa Tsirulun nəzarətində olan obşaka ötürürdü. Rudikin erməni millətindən olan adamları hələ 80-cı illərin ortalarında (“Qorbaç” hakiumiyyətə gələn kimi) narkobiznesin beşiyi sayılan Qırğızıstan, Özbəkistan və Qazaxıstanda lövbər salmaqla Əfqanıstan, İran və Pakistandan keçirilən ən təmiz heroinin sahibi idilər. “Ağ ölüm”ün böyük hissəsi İran və Türkiyədə yaşayan erməni qanqsterləri vasitəsilə birbaşa Yerevana daşınır və oradan İttifaqin müxtəlif meqapolislərinə paylanırdı. İstər Yerevanda, istərsə də Krasnodarda Rudikin PK və Daxili İşlər Orqanlarında çalışan yüksək rütbəli məmur və zabitlərdən ibarət “krışa”sı vardı. Qazanılan pulların təxminən iyirmi faizi (milyardlarla rubl) məhz onların ciblərinə axırdı.

Paytaxtda və Moskvaətrafı rayonlarda Rudik Bakinskinin nüfuzlu himayəçiləri və gətirilən narkotik vasitələrin reallaşdırılması, nağd pula çevrilməsi üçün etibarlı adamları işə girişmişdilər.

Onlardan biri də Moskvanın şimal hissəsində Medvedkovo-Mıtışi hissəsində narkobiznes və silah satışına ağalıq edən Svo Paf idi.

Svo hələ Rudik qısa tumanda Bakıdakı Dzerjinski adına parkda məhlə uşaqları ilə top qovarkən Moskva bratvasının liderlərindən biri kimi ad çıxarmışdı. Yetmişinci illərdən başlayaraq Moskvaya daxil olan narkotik vasitələrin (əsasən anaşa və həşiş) yarıdan çoxunu Rafaelin idmançıları xırıd edirdilər. Sonradan Karkov-İvankovun qruplaşması onu mərkəzdən şimala doğru sıxışdıraraq nüfuz dairəsini xeyli azaltdılar.

Qarla örtülü Moskvaətrafı düzənlikdə qan gölməçəsi

Pazborkalar nəticəsində ilk qalmaqallardan biri Mıtişinskinin tanınmış av-toritetlərindən olan Varnakın qətli olur. On beş illik həbsxana həyatını başa vurmuş Varnakın qazamata düşməzdən əvvəl də yaxşı əlaqələri vardı. Lakin zonda oturduqdan sonra hörməti bir idisə, indi beş olmuşdu. Onu demək kifayətdir ki, qətlindən bir qədər əvvəl o, Jostovoda Paşa Tsirulun məşhur iqamətgahının yaxılığında Ded Xasanın vəsaiti hesabına özü üçün ikimərtəbəli gözəl mülk tikdirmişdi.

Doğma diyara qayıtmış Varnak, əlbəttə ki, ilk növbədə artıq paylara bö-lünmüş "piroq"dan zəifləri kənarlaşdırmış, bununla da özünə dostlarla bərabər düşmənlər də qazanmışdı. Təcrübəli əməliyyatçılar Varnakla incidilmiş avtoritetlər arasında konflikt olacağını bilirdilər. Lakin hadisələr gözlənilənləri də ötüb keçdi.

Düşmənləri əvvəlcə Varnakı başqalarının əli ilə aradan götürmək istədilər. Bu incə "iş" üçün Butorin kenti, başçısının Kuvalda olduğu Sverdlovsk briqadasını dəvət edir. Sverdlovskdan gələn killerlər əməlli-başlı Varnakın ovuna çıxırlar. Lakin Varnak da özü üçün uyğun taktika seçir. Tezliklə naməlum şəraitdə Kuvaldanın özünü avtomatla qətlə yetirirlər. Lakin Varnak yenə də güllədən yayına bilmir.

"Mersedes"lə evə qayıdan Varnakın yolunu üstü brezentli "ZİL-130"-la kəsirlər. Vəziyyətin nə isə qaydasında olmadığını görən vorzakon sükanı qarla örtülü çölə tərəf çevirsə də, yük maşınının üstündəki killerlər ona azacıq da olsa şans qoymayaraq, üç tərəfdən atəş açırlar. Hazırda onun qətlə yetirildiyi yerdə dostları xatirə kimi böyük bir obelisk-daş qoyublar...

Bəhram Çələbi
Mənbə: AzVision.az

Açar sözlər: #Qanuni_oğru   #kriminal   #Vor   #Rusiya   #Avtoritet  

Oxunub: 9877