Bank hesabından pul oğurlandı


18:06     17 Mart 2018 saxta%20pullar.jpg

Nizami (Gəncə) Rayon Polis İdarəsinə müraciət edən Gəncə şəhər sakini S.Hüseynalıyeva bank hesabından 791 manat pulunun çıxarılaraq oğurlandığını bildirib.


DİN-dən Femida.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun şəhər sakini Əfqan Məmmədov olduğu müəyyən edilib. ​Faktla bağlı cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər: #DİN   #Polis  

Oxunub: 761