Bu məhsulun qiyməti artdı
18:13 17 Mart 2018
Son günlər bazarlarda balığın qiyməti 2 dəfədən çox bahalaşıb. Bahalaşma paytaxt Bakı ilə yanaşı balıqçılıq zonası hesab olunan cənub bölgəsində də müşahidə edilir.
Femida.az Unikal.org-a istinadən xəbər verir ki, bu ərazilərdə balıq çox ovlanmasına baxmayaraq ziyad, çəki və digər balıq növlərinin qiyməti iki dəfədən çox bahalaşıb.
Məsələn əvvəllər Lənkəranda kiloqramı 5-6 manata satılan ziyad balığı bazarlarda kiloqramı 15-30 manata alıcılara təklif edilir. Külmə balığının kiloqramı əvvəllər 3 manata satılırdısa indi bu rəqəm 9-10 manat arasında dəyişir. Satıcılar bunu hava şəraiti ilə əlaqələndirsə də bu qiymət artımının Novruz Bayramı ilə əlaqədər olması danılmazdır. Müşahidələr onu deməyə əsas verir ki, bayram günlərində balığın qiyməti yenə də artacaq.
Femida.az
Oxunub: 1318
Oxşar xəbərlər
- İstehlaka yararsız 1850 kq balıq məhsulu və alkoqolsuz içkilər məhv edilib
- Mingəçevirdə qanunsuz balıq ovu ilə bağlı 5 cinayət faktı qeydə alınıb
- Qanunsuz balıq ovlayan şəxslər saxlanılıb
- Neftçalada nəsli kəsilməkdə olan balıqları ovlayan şəxs saxlanılıb
- Salyanda brakonyerlərə qarşı reyd keçirilib, qanunsuz balıq ovunun qarşısı alınıb
- Azərbaycanda yaşayış binalarının ərazisində balıq satışı qadağan edilib
- Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb
- Qanunsuz balıq ovladıqlarına görə 20 nəfər saxlanılıb
- Nərə balıqlarını satan şəxs cəzalandırılıb
- İndoneziyada balıqçıların qayıqları aşıb, 9 nəfər ölüb, 47 nəfər itkin düşüb