“Wikileaks”in informatorunu ABŞ-a “satan” haker ölüb


20:28     17 Mart 2018 18_03_17_1521281593.jpg

“Wikileaks” saytı ilə əməkdaşlıq etmiş ABŞ hərbçisi Bredli Menninqi federal orqanlara “satmış” haker Adrian Lamo 37 yaşında dünyasını dəyişib.



Femida.az “BBC”yə istinadən xəbər verir ki, hakerin ölüm səbəbi hələ ki, elan edilməyib.

Bir neçə il əvvəl Lamo “Yahoo” və “Microsoft” kimi korporasiyaların daxili şəbəkələrini “sındırıb”, eyni zamanda “The New York Times”ın kompüter sistemlərinə müdaxilə edə bilib.

Ancaq o, qalmaqallı “Bredli Menninq işi” ilə bağlı məşhurlaşıb.

ABŞ hərbçisi Menninq onunla yazışmalarında, “Wikileaks”ə məxfi materialları, o cümlədən 2007-ci ildə İraqda ABŞ helikopterindən insanların güllələnməsi görüntüsünü ötürdüyünü bildirib.

Lamo bu barədə ABŞ xüsusi xidmət orqanlarını məlumatlandırıb və Menninq saxlanılaraq, 35 il müddətinə azadlıqdan məhrum edilib. 2017-ci ildə sabiq ABŞ prezidenti Barak Obamanın əfv fərmanından sonra azadlığa çıxıb.

Lamo hələ 2011-ci ildə bildirmişdi ki, o, informatoru könüllü şəkildə “satmayıb”, onu buna məcbur ediblər.

“Wikileaks” təsisçisi Culian Assanc Lamonu “vicdanla bağlı heç bir anlayışı olmayan yazıq fırıldaqçı” adlandırmışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 939