Rayonlardan Bakıya heyvan gətirilməsi qadağan olunacaq


18:21     17 Mart 2018 18_03_17_1521281743.jpg


"Hazırda ölkədə qanunsuz ət kəsiminin qarşısını almaq məqsədi ilə layihənin hazırlanması istiqamətində iş gedir. Bu iş yaxın vaxtlarda yekunlaşdırılacaq və layihə ölkə rəhbərliyinə təqdim ediləcək".

Femida.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib:

“Təklif etdik ki, hər bir rayonun əhalisinin və təsərrüfatların sayına görə kəsim mərkəzləri yaradılacaq. Ölkədə 111 ekspertiza mərkəzləri var. Bakıya rayonlardan iri və xırdabuynuzlu heyvanlar gəturilməsi qadağan olunacaq”

Bizim Yol xəbər verir ki, qurum sədri Bakı ətrafında təsərrüfatlardan heyvanların paytaxta gətiriləcəyini deyib.

Onun sözlətinə görə, bu dəfəyə çatmasa da, gələcəkdə Qurban bayramında da küçə və meydanlarda heyvanların kütləvi kəsimi olmayacaq.

Femida.az

Açar sözlər: #heyvan   #Bakı   #rayon   #ət   #qida  

Oxunub: 1053