Prezident 2 sərəncam imzaladı - Orden və təqaüd verdi


18:50     17 Mart 2018 345135_456625serencam%20(2).jpg


Azərbaycan Prezidenti İlham Əliyev iki sərəncam imzalayıb.

Femida.az
xəbər verir ki, prezident Ənvər Adil oğlu Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqda sərəncam imzalayıb.

Sərəncamda Ə. Əliyevə Azərbaycanda tikinti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə fərdi təqaüd verildiyi bildirilib.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Prezidentin digər sərəncamı ilə Feyzavər Turan Alpsara Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

O, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə təltif edilib.

Qeyd edək ki, Feyzavər Alpsar görkəmli Azərbaycan filosofu Əli bəy Hüseynzadənin qızıdır.

Femida.az

Açar sözlər: #prezident   #sərəncam  

Oxunub: 1456