Sumqayıtda qəzalı halda olan yataqxana sökülür - VİDEO


21:14     17 Mart 2018 18_03_17_1521286847.jpg


Sumqayıtda qəzalı olan yataqxananın söküntüsünə başlanılıb.

Femida.az xeberle.com-a istinadən məlumat verir ki, Sumqayıt şəhər 76-cı məhəllə ərazisində yerləşən qəzalı vəziyyətdə olan 6A saylı yataqxanadan sakinlər köçürülüb. Qəzalı olan binada insanların yaşaması mümkün olmadığı üçün sökülməsinə qərar verilib. Yataqxanada yaşayan 200 ailəyə kompensasiya da ödənilib.

Qeyd edək ki, yataqxanada məskunlaşan şəxslərin kirayə pulu da 1 ay əvvəldən ödənilib.



Femida.az

Açar sözlər: #sumqayıt   #yataqxana   #qəzalı  

Oxunub: 2259