Azyaşlıya qarşı cinayət törədən şəxs saxlanıldı
21:34 17 Mart 2018
Səbail rayonu ərazisində azyaşlıya qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, naməlum şəxsin metronun “Sahil” stansiyasının yaxınlığında 14 yaşlı A.B-nın “Samsung” markalı mobil telefonunu əlindən alınması barədə Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə məlumat verilib.
Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayət hadisəsini törətməkdə şübhəli bilinən, Qəbələ rayon sakini İkram Muradov saxlanılıb. İlkin ifadəsində o, törətdiyi cinayəti etiraf edib. Saxlanılan şəxsin üzərində şəxsi axtarış aparılan zaman soyğunçuluq yolu ilə əldə etdiyi mobil telefon aşkar olunaraq maddi sübüt kimi götürülüb.
Qeyd edilən faktla bağlı bölmədə toplanan material araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştiraklarını da istisna etmirlər. Onun qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və ya 39-cu Polis Bölməsinə müraciət edə bilərlər.
Femida.az
Oxunub: 666
Oxşar xəbərlər
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Bərdədə qadının evi yandırılıb, azyaşlı qızı isə bıçaqlanıb
- Cəlilabadda 2 nəfər azyaşlıya hədə-qorxu gələrək pulunu əlindən alıb
- DİN: "Masallıda azyaşlının zorlanması faktı öz təsdiqini tapmayıb"
- Abşeronda azyaşlı dəm qazından zəhərlənib
- Bakıda azyaşlının zorlanması ilə bağlı cinayət işi başlanılıb
- Bakıda ana və azyaşlı uşaqlarını öldürən keçmiş direktora əlavə ittiham irəli sürülüb
- Bakıda ana və iki azyaşlı övladını öldürən şəxs saxlanılıb
- Bakıda ana və iki azyaşlı övladı qətlə yetirilib
- Bakıda azyaşlı qızını işgəncə verməkdə təqsirləndirilən ataya cinayət işi açılıb