İlham Əliyev Çin liderinə məktub göndərdi


20:39     17 Mart 2018 2018/03/ilham_aliyev_president_291217_1-1521288399_1521290514.jpg

Azərbaycan prezidenti İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpini Çin Xalq Respublikasının sədri vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib.


Femida.az-ın xəbərinə görə, təbrikdə deyilir: “Biz tarixi ənənələrə malik Azərbaycan-Çin əlaqələrinin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Bu mənada dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi xüsusi məmnunluq doğurur.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasındakı münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Daim artan siyasi təmaslarımız iqtisadi, humanitar sahələrdə fəal və səmərəli əməkdaşlığımız ilə müşayiət olunur. Bizi həm də regionumuz üçün böyük əhəmiyyət daşıyan perspektivli infrastruktur layihələrinin gerçəkləşdirilməsində tərəfdaşlıq münasibətləri birləşdirir.

İnanıram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, ikitərəfli qaydada, eləcə də beynəlxalq və regional formatda qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik”.

Femida.az

Açar sözlər: #İlham-Əliyev   #Prezident   #Təbrik   #Çin  

Oxunub: 618