Qaxda 6 otaqlı ev yandı


01:10     18 Mart 2018 page_konyada-yangin-3-olu-2-yarali_374259812.jpg

Qaxda yanğın olub.

Femida.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Qum kəndində ümumi sahəsi 288 m2 olan ikimərtəbəli 6 otaqlı evdə baş verib. Nəticədə evin 2-ci mərtəbəsində otağın tavanı 10 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər: #Yanğın   #Qax   #FHN  

Oxunub: 611