2 nəfər tərəfindən küçədə güllələndi


13:20     18 Mart 2018 1437142872_gulleledi.jpg

Kanadanın Toronto şəhərinin qərb hissəsində iki naməlum şəxs 1 nəfəri güllələyib.

Femida.az xəbər verir ki, CBC televiziya kanalı bu barədə məlumat yayıb. İlkin məlumatlara görə, güllələnən 26 yaşlı kişidir. O, evdən çıxıb avtomobilinə doğru gedərkən arxadan bir neçə atəş açılıb. Adam hadisə yerində vəfat edib. Onun şəxsi məlumatları açıqlanmır. Şahidlər cinayətkarların iki qaradərili idmançı olduğunu iddia edirlər. Toronto polisi şübhəli şəxsləri axtarır. İlkin versiya kimi ölənin təsadüfi qurban olduğu hesab olunur, çünki hüquq-mühafizə orqanlarının əldə etdiyi video görünütüdən aydın olur ki, təcavüzkarlar qurbanı gözləmirlər.

Femida.az

Açar sözlər: #Güllələnmə   #Kanada  

Oxunub: 675