Rusiyada prezident seçkiləri başladı


13:26     18 Mart 2018 2018/03/A208DB14-DCFD-4969-9459-9A349830FBE1_1521328622.jpeg



Rusiyada prezident seçkilərində səsvermə başlayıb.

Femida.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, səsvermə prosesi, ilk olaraq, Çukot muxtar dairəsindəki seçki məntəqələrində başlayıb. Səsvermə 20.00-dək davam edəcək.

Ümumilikdə, ölkədə 97 mindən çox seçki məntəqəsi açılıb, onlardan 400-dən çoxu xaricdə fəaliyyət göstərir.

109 ölkədən 1500-dək xarici müşahidəçi səsvermə prosesini izləyir.

Rusiya prezidenti postu uğrunda 8 namizəd mübarizə aparır.

Femida.az

Açar sözlər: #Rusiya   #Prezident   #seçki  

Oxunub: 660