Lənkəranda avtomobil aşdı


13:38     18 Mart 2018 2018/03/05CF89A4-CA65-4039-9ACF-084B7CACC996_1521328821.jpeg

Lənkəranda avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə Ələt-Astars magistralının Lənkəran rayonunun Parakənd kəndi ərazisindən keçən hissəsində baş verib.

Astara rayonunun Pensər kənd sakini, 1974-cü il təvəllüdlü İlqar Raib oğlu Nəbiyev "VAZ 2104" markalı avtomobillə Lənkəran istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarında dirəyə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Qəza   #Lənkəran  

Oxunub: 580