MHP-nin XII Qurultayı keçirilir


17:13     18 Mart 2018 bahceliii.jpg

Bu gün Ankarada Milliyətçi Hərəkat Partiyasının (MHP) XII Qurultayı keçirilir.



Femida.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, qurultayda MHP sədri postuna yeganə namizəd partiyanın hazırkı sədri Dövlət Baxçalıdır.

Qurultayda partiyanın İdarə Heyətinə də seçkilər keçiriləcək.

Qeyd edək ki, bundan öncə D. Baxçalı 2019-cu ildə keçiriləcək prezidenti seçkilərində Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəklərini, parlament seçkilərinə AKP ilə ittifaqda qatılacaqlarını bəyan edib. D. Baxçalının qurultayda çıxışında hər iki məsələyə geniş yer ayıracağı və qurultayın bu yöndə qərar verəcəyi gözlənilir.

Femida.az

Açar sözlər: #Baxçalı   #Türkiyə   #prezident  

Oxunub: 738