Dərbəndin 2000 illiyi qeyd edilir


21:20     19 Sentyabr 2015 1399451998_gallery_promo21005606.jpg

Dünyanın ən qədim şəhərlərindən olan Dərbənd şəhərinin bu gün 2000 illiyi qeyd edilir.


Femida.az-ın məlumatına görə, Rusiya Federasiyası Dağıstan Respublikasında bununla bağlı mərasim təşkil olunacaq.

Mərasimə 5 minə yaxın insanın qatılacağı gözlənilir.

Dağıstan rəhbərliyi bəyan edib ki, yubiley mərasimində Rusiyanın müxtəlif regionlarından və xaricdən 40 nümayəndə heyəti qatılacaq. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, o cümlədən İranın, Türkiyənin və Tacikistanın və digər ölkələrin Rusiyadakı səfirləri artıq tədbirdə iştiraklarını təsdiq ediblər.

Gün ərzində şəhərin Azadlıq meydanında ənənəvi festival keçiriləcək. Bayramın ən mühüm hadisəsi “Dərbəndin dulusçuluq dairəsi: Dərbənd qalasından Kremlin darvazasına qədər” 1000 illik musiqili teatr xronikası olacaq. Şouya qala sərhədlərindən kənarda da baxmaq mümkün olacaq. Bunun üçün şəhərin müxtəlif hissələrində LED-ekranlar quraşdırılacaq və birbaşa yayım təşkil ediləcək.

Açar sözlər:

Oxunub: 883


Oxşar xəbərlər