MSK-nın saytı haker hücumuna məruz qaldı - Rusiyada


21:44     18 Mart 2018 xaker.jpeg1_.jpg

Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) saytı haker hücumuna məruz qalıb

Femida.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya MSK sədri Ella Panfilova bildirib.

MSK sədri haker hücumlarının hansı ölkədən gəldiyini açıqlamayıb: "Məsələni daha da dərinləşdirmək istəmirəm, hansı ölkədən gəldiyini də deməyəcəm. Bunun öhdəsindən gələcəyik".

Qeyd edək ki, Rusiya MSK saytına DDoS haker hücumunun olduğunu açıqlayıb. Haker hücumunun mənbəyinin 15 ölkədən olduğu bildirilib.

Femida.az

Açar sözlər: #seçki   #msk   #xaker   #rusiya  

Oxunub: 790