Beşmərtəbəli binada yanğın: Xəsarət alan var


13:51     19 Mart 2018 fhn.jpg


Paytaxtın Nizami rayonunda beşmərtəbəli binada yanğın qeydə alınıb.

FHN-dən Femida.az-a verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 10 m2 sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı dörd nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə edilib.

Binanın zirzəmisində olan bir nəfər müxtəlif yanıq xəsarətləri alıb. Yanğın söndürülüb.

Femida.az

Açar sözlər: #yanğın   #FHN   #bina  

Oxunub: 782