Bu marşrutların hərəkət cədvəli dəyişdirildi
13:48 19 Mart 2018
Bayram tədbirləri ilə bağlı olaraq bir sıra mərkəzi küçələrdə avtomobil sıxlığı müşahidə olunduğundan aşağıdakı istiqamətlərdə hərəkət edən bəzi marşrut avtobuslarımızın intervalında müvəqqəti ləngimələr yaranıb.
Bu barədə Femida.az-a "BakuBus" MMC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bu məqsədlə - Tbilisi prospekti - Şəhər istiqamətində, Akademik Şəfayət Mehtiyev küçəsi, Qara Qarayev prospekti - Özbəkistan küçəsi ilə kəsişmədən Koroğlu metroostansiyası istiqamətində, 28 may küçəsi - Puşkin küçəsi ilə kəsişmədən R.Behbudov küçəsi, A.Cəlilov küçəsi - F.Bayramov küçəsi, Bülbül prospekti - Xəqani küçəsi, Nobel prospekti - Süleyman Əhmədov küçəsi, Zərifə Əliyeva prospektində, Yusif Səfərov küçəsi - Cavanşir körpüsü istiqamətində hərəkət edən nəqliyyat vasitələri M.Mehtizadə küçəsinə yönləndirilir.
Qeyd olunan yollardakı avtomobil sıxlığı normallaşdıqdan sonra həmin istiqamətlərdə hərəkət edən avtobuslarımızın intervalı qrafikə uyğun olaraq təmin olunacaq.
Femida.az
Oxunub: 1075
Oxşar xəbərlər
- Tələbəni vurub öldürən avtobus “BakuBus”a məxsus imiş
- “BakuBus”un avtobusu qəzaya düşüb
- “BakuBus” sürücülərin işə qəbulunu elan edib
- Daha bir marşrut xətti “BakuBus”a verildi
- "BakuBus" avtobuslarındakı yanğının ilkin səbəbi açıqlanıb
- Sabahdan Maştağa sakinləri Bakıya "BakuBus" avtobusları ilə gedib-gələcəklər
- Daha bir marşrut xəttinə "BakuBus" avtobusları buraxılacaq
- DİQQƏT! - "Bakubus"lar üçün sürücülər axtarılır
- "BakuBus"un avtobusu zəncirvari qəza törətdi: 1 nəfər yaralanıb
- Yük maşını “BakuBus”a çırpıldı - Yaralılar var+Video