Lənkəranda ŞOK OLAY: Ata oğlunun boğazını belə kəsdi - VİDEO
17:11 19 Mart 2018
19 yaşlı Lənkəran sakininin boğazı kəsilib.
Femida.az apa.tv-yə istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun "Mikrorayon" ərazisində qeydə alınıb.
Lənkəran rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 19 yaşlı gəncin boğaz nahiyəsindən kəsilərək xəsarət alması barədə məlumat verilib. Həkimlər hadisə yerinə gəldikdən sonra məlum olub ki, həmin şəxs şəhər sakini Əli İlham oğlu Yaqubzadədir. Zərifə Əliyeva küçəsi 78/10 mənzil 1 ünvanında yaşayan Əli Yaqubzadəyə ilkin tibbi yardım göstərdikdən sonra qanaxmanı dayandırmaq mümkün olub.
Yaralı Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib və Əli Yaqubzadənin boğazı atası İlham Yaqubzadə tərəfindən butulka şüşəsi ilə kəsilib. İlham Yaqubzadənin hadisəni törədərkən sərxoş olduğu bildirilir.
Faktla bağlı Lənkəran şəhər Polis Şöbəsində araşdırma aparılır.
Femida.az
Oxunub: 2965
Oxşar xəbərlər
- Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var
- Lənkəran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib - VİDEO
- Lənkəranda avtomobil kanala aşıb, ata ölüb, oğlu xəsarət alıb
- Balakən və Lənkəranda ev yanıb, xəsarət alanlar var
- Meşə zolağında narkoplantasiya yetişdirən Lənkəran sakini saxlanılıb
- Lənkəranda yaşayış evi yanıb, bir nəfər xilas olunub
- Lənkəranda 47 yaşlı kişi qətlə yetirilib
- Sumqayıtda və Lənkəranda avtomobil piyadaları vuraraq öldürüb
- Lənkəranda avtomobillər toqquşub, ölən var
- Lənkəranda sərxoş sürücünün avtomobilində 6 kq-dan artıq narkotik aşkarlanıb