Sığorta bazarının göstəriciləri açıqlanıb


00:09     20 Mart 2018 18_03_19_1521475824.jpg

2018-ci ilin yanvar-fevral ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 130.2 mln. manat məbləğində sığorta haqları toplanıb, 40.5 mln. manat məbləğində sığorta ödənişi aparılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından Femida.az -a verilən məlumata görə, könüllü sığorta bazarı üzrə haqlar 106.8 mln. manat, ödənişlər isə 29.6 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 23.4 mln. manat, ödənişlər isə 10.9 mln. manat olub.

2018-ci ilin yanvar-fervral ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 82%-i könüllü, 18%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 73%-i könüllü, 27%-i isə icbari sığorta növləri hesabına formalaşıb.

Açar sözlər:

Oxunub: 435