Biləsuvarda yaşlı qadın meyiti tapıldı


15:09     20 Mart 2018 big_1412179853_kishi-meyit.jpg


Biləsuvar rayonunda yaşlı qadının meyiti tapılıb.

Femida.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun “Aerodrom” adlanan ərazinin yaxınlığında qeydə alınıb.

Belə ki, həmin ərazidə yaşayan yaşlı bir qadının yaşadığı evdə meyiti aşkarlanıb. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

İlkin məlumata görə, qadının qətlə yetirildiyi ehtimalı var.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Biləsuar   #qadın   #meyit   #kriminal  

Oxunub: 526


Oxşar xəbərlər