Nişanlısına bayram sovqatı apara bilmədi - Özünü asdı


16:48     20 Mart 2018 oglan%20asdi.jpg


Şamaxı rayonunda gənc oğlan intihar edib.

Femida.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün saat 12.00 radələrində rayonun Ovculu kəndində baş verib.

Kənd sakini 1995-ci il təvəllüdlü Alıyev Müzadil Şahsəddin oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihar edib.

Müzadil Alıyevin nişanlı olduğu qızın evinə bayram sovqatı apara bilmədiyi üçün özünə qəsd etdiyi bildirilir.

Femida.az

Açar sözlər: #Şamaxı   #intihar   #kriminal  

Oxunub: 15326