Bakıda 1 tonluq bayram xonçası quruldu – FOTO


17:08     20 Mart 2018 18_03_20_1521536356.jpg


Səbail Rayon İcra Hakimiyyəti Novruz münasibətilə rayonun qəsəbələri və yaşayış sahələrinin bir çox yerlərində bayram tədbirləri təşkil edib.

Femida.az-ın məlumatına görə, bəzi yerlərdə rayon sahibkarları, iş adamlarının köməyi ilə bir neçə bayram xonçası quraşdırılıb.

RİH-dən bildirilib ki, bu ənənə bir növ qədim dövrlərə təsadüf edən “Çörək və tamaşa” kimi Roma ənənələrinə bir qayıdışdır. Rayonda təşkil olunan ənənəvi bayram tədbirlərində çəkisi 1 tondan çox olan xonçalar qurulub, Novruz personajları, tanınmış ifaçılar və özfəaliyyət nümayəndələrinin iştirakı ilə konsertlər təşkil olunub. Tədbirlərdən sonra isə xonçalardakı şirniyyat və meyvələr sakinlərə, imkansızlara, ərazidəki hərbi hissələrin əsgərlərinə paylanıb.

Femida.az

Açar sözlər: #bayram   #xonça   #novruz  

Oxunub: 3387