11 qurum bu Agentliyinə haqq ödəyəcək


17:23     20 Mart 2018 18_03_20_1521536849.jpg


Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinə haqq ödəməli olan müəssisələrin siyahısı təsdiqlənib.

Bu, Energetika Nazirliyinin Kollegiyasının təsdiqlədiyi “Elektrik, istilik enerjisi və qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələrin Enerji Məsələlərini Tənzimləmə Agentliyinə ödədikləri haqqın məbləğinin hesablanması və ödənilməsi Qaydası”nda əksini tapıb.

Siyahıya aşağıdakı müəssisələr daxildir:

Azərenerji” Açıq Səhmdar Cəmiyyəti.

- “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (elektrik enerjisinin topdansatış və istehsalçıdan satınalma qiyməti ilə pərakəndə satış qiyməti arasındakı fərq nəticəsində yaranan gəlirdən).

- “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti.

- Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi.

- “Şəki Su Elektrik Stansiyası” Açıq Səhmdar Cəmiyyəti.

- “Çiçəkli SES” Açıq Səhmdar Cəmiyyəti.

- “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyəti.

- “Təmiz Şəhər” ASC-nin Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu.

- "Muğan SES" ASC (elektrik enerjisinin topdan və pərakəndə satışından əldə olunan gəlirdən).

- “Alten Qrup” Məhdud Məsuliyyətli Cəmiyyəti (elektrik enerjisinin topdan və pərakəndə satışından əldə olunan gəlirdən).

- “Azərbaycan Şəkər İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti (elektrik enerjisinin topdan və pərakəndə satışından əldə olunan gəlirdən)./apa

Femida.az

Açar sözlər: #iqtisadiyyat   #enerji   #haqq  

Oxunub: 656