Şəhriyar Məmmədyarov erməni rəqibə qarşı


17:45     20 Mart 2018 sehriyar%20memmedyarov10.jpg


Berlində şahmat üzrə İddiaçılar Turnirində bu gün IX turun görüşləri keçiriləcək.

Femida.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla ermənistanlı Levon Aronyanla qarşılaşacaq.

Məmmədyarov əvvəlki oyunlarından 2 qələbə, 6 heç-heçə, Aronyan isə 1 qələbə, 3 məğlubiyyət və 4 heç-heçə ilə ayrılıb. İki şahmatçı arasında ilk dövrədəki görüşdə qalib müəyyənləşməyib - 0,5:0,5.

8 turdan sonra Karuana 5,5 xalla vahid liderdir. Məmmədyarov 5 xalla 2-ci, Qrişuk 4,5 xalla 3-cü, Din Lijen 4 xalla 4-cü yerdə qərarlaşıb. 5-6-cı pillələrdəki Karyakinlə Kramnikin hərəyə 3,5 xalı var. Son 2 pilləni isə hərəyə 3 xalı olan Aronyanla So bölüşür.

Qeyd edək ki, İddiaçılar Turnirinin ümumi mükafat fondu 420 min avrodur. Qalib şahmatçı norveçli Maqnus Karlsenlə dünya çempionu titulu uğrunda görüşə çıxacaq.

Femida.az

Açar sözlər: #şahmat   #erməni  

Oxunub: 1073