Bələdiyyələrlə bağlı prokurorluğa 24 fakt göndərildi


17:57     20 Mart 2018 18_03_20_1521537584.jpg


2017-ci ildə Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə iş üzrə Mərkəzdə 62 min 618 bələdiyyə aktına baxılıb.

Nazirliyin təklifləri ilə həmin aktlardan 1454 - ü ləğv edilib və ya dəyişdirilib. Nəticədə bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 2636 hektar torpaq sahəsi geri qaytarılıb.

Hesabat dövründə fəaliyyətində ciddi nöqsanlar aşkarlanan bələdiyyələrlə bağlı 24 fakt üzrə materiallar aidiyyəti üzrə prokurorluğa göndərilib.

Bununla yanaşı, qanunvericiliyin tələblərini pozan bələdiyyə sədrləri barədə inzibati xəta haqqında 98 protokol məhkəmələrə təqdim edilib./trend

Femida.az

Açar sözlər: #bələdiyyə   #şikayət   #hüquq  

Oxunub: 1048