Ərdoğan ABŞ-a cavab verdi


18:21     20 Mart 2018 erdogan.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Dövlət Departamentinin Suriyanın Afrin bölgəsindəki vəziyyətlə bağlı verdiyi bəyanata münasibət bildirib.


Femida.az -ın CNN Türk-ə istinadən məlumatına görə, Ərdoğan ABŞ-ı terrorçularla əməkdaşlıq etməkdə ittiham edib. O, əlavə edib ki, əgər Amerika Türkiyə ilə strateji tərəfdaşdırsa, bu əməliyyatda onlara dəstək olmalıdır:

“Öz pulumuzla sizdən silah almaq istəyəndə bu silahları bizə satmadınız, terror təşkilatına isə silahları pulsuz verdiniz. Terrorçulara 5 min yük maşını silah və texnika bağışladınız”.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti və Pentaqon Türkiyənin Afrində keçirdiyi antiterror hadisəsindən narahatlıq keçirdikləri barədə bəyanatlar veriblər.

Açar sözlər:

Oxunub: 635