Britaniya ilə Rusiya arasında gərginlik - Diplomatlar Londonu tərk etdi


20:11     20 Mart 2018 rusiya_bayragi.jpg

Böyük Britaniyadan geri çağrılan Rusiya diplomatları və onların ailə üzvləri Londonu tərk edir.


Femida.az -ın "RİA Novosti"yə istinadən xəbər verir ki, ondan çox avtomobil və mikroavtobus səfirlikdən hava limanına yola düşüb.

Səfir Aleksandr Yakovenkonun hava limanına gələrək diplomatlarla şəxsən sağollaşacağı bildirilir.

Qeyd edək ki, rəsmi London ümumilikdə Rusiya səfirliyinin 23 əməkdaşını geri göndərib. Britaniya hakimiyyəti bu addımı Dövlət Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın zəhərlənməsi ilə bağlı Rusiyanın əlaqəsinin olması şübhəsi ilə əlaqələndirib. Birləşmiş Krallığı ümumilikdə 80-ə yaxın səfirlik əməkdaşı və onların ailə üzvləri tərk edəcək.

Açar sözlər:

Oxunub: 895