İraq Türkiyə ilə əməkdaşlığa hazırdır - Sərhədlərin mühafizəsi üçün


23:09     20 Mart 2018 Flag_of_Iraq_(2004-2008).svg.png

İraq hökuməti Türkiyə ilə birlikdə müştərək sərhədlərin mühafizəsinin təşkil edilməsinə hazır olduğunu bəyan edib.


Bu barədə İraq Ədliyyə Nazirliyindən məlumat verilib.

İraq ədliyyə naziri Heydər əz-Zamli Türkiyə səfiri Fateh Yıldızı öz ofisində qəbul edib.

Görüş zamanı səfir Fateh Yıldız Türkiyə hökumətinin terrorçulara qarşı İraqla birlikdə mübarizə aparmağa hazır olduğunu diqqətə çatdırıb.

"İraq hökuməti, ümumi sərhədlərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün məsələlərdə Türkiyə ilə əməkdaşlıq etmək niyyətindədir", deyə nazir qeyd edib.

Femida.az

Açar sözlər: #İraq   #hökumət   #Türkiyə  

Oxunub: 503