Bakı-Mahaçqala reysinin açılması planlaşdırılır

Bakı-Mahaçqala reysinin açılması planlaşdırılır


21:23     21 Mart 2018 2018/03/635335_1521638841.jpg

Dağıstanda keçiriləcək güləşin üç növü üzrə Avropa Çempionatı ilə bağlı Bakı - Uytaş (Mahaçqala) aviareysinin açılması planlaşdırılır.


Femida.az bu barədə Dağıstanın nəqliyyat, energetika və rabitə nazirliyinə istinadən məlumat verir.

Nəqliyyat idarəsinin rəis müavini Kasum Məhəmmədov bildirib: "Dağıstan tarixində ilk dəfə olaraq bu idman növü üzrə Avropa Çempionatına ev sahibliyi edəcək. Avropa Çempionatı ilə bağlı respublikaya çox sayda turist və idman növünün azarkeşlərinin gəlişi gözlənilir. Bununla əlaqədar, nazirlik Mahaçqaladan uçuşlar edən Rusiya aviaşirkətləri ilə birlikdə Avropa Çempionatının keçirildiyi müddətdə İstanbuldan və Bakıdan Uytaş hava limanına (Mahaçqala) əlavə reyslərin təşkili imkanlarını müzakirə edir".

Femida.az

Açar sözlər: #Bakı-Mahaçqala   #reys  

Oxunub: 361