Tufandağda gənc kanatdan yıxılaraq xəsarət alıb


22:10     21 Mart 2018 xestexana_018889.jpg

Tufandağda 30 yaşlı gənc kanatdan yıxılaraq xəsarət alıb.


Femida.az report.az-a istinadən bildirir ki, Sumqayıt şəhər sakini 1988-ci il təvəllüdlü Elvin Xəqani oğlu İsgəndərov Qəbələ rayonunda Tufandağ istirahət kompleksində kanatdan yıxılaraq dəmir parçalarının altında qalıb.

Yaralını FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan gənc Sumqayıta gətirilib və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Tufandağ   #kanat  

Oxunub: 1377