Yol qəzası baş verib - Xəsarət alanlar var


22:50     21 Mart 2018 qeza_yeni.jpg

Tovuz rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.


Femida.az bildirir ki, hadisə rayonun İbrahim Hacılı kəndində baş verib.

İlkin məlumata görə, "Mercedes" markalı avtomobil hərəkətdə olan zaman digər avtomobil arxadan ona çırpılıb. Nəticədə 3 nəfər xəsarət alıb. Yaralılardan 2-i avtomobillərin sürücüləridir. Onların xəsarəti yüngüldür.

Hadisə zamanı "Mercedes"in bir sərnişini də xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirlir.

Hazırda əraziyə DYP və təcili tibbi yardım biriqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Tovuz   #Mercedes  

Oxunub: 502