Polad Bülbüloğlu Rusiya XİN-nə çağırıldı – “Skripal işi”nə görə

20:48     21 Mart 2018 polad%20bulbuloglu.jpg


Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun rəhbəri, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse - prezidenti Füzuli Məmmədov növbəti dəfə 6 Qarabağ qazisi-şəhid ailəsinə ev hədiyyə edib.

Rusiyada akkreditasiyadan keçən diplomatik nümayəndəliklərin rəhbərləri bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Femida.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, səfirlərin iştirak etdiyi görüşdə Böyük Britaniyada, Solsberi şəhərində Sergey Skripal və onun qızının zəhərlənməsi ilə bağlı vəziyyət müzakirə olunub.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ötən gün bildirmişdi ki, görüşə bütün xarici ölkələrin səfirləri dəvət olunub. Böyük Britaniyanın Rusiyadakı səfiri isə görüşə gəlməkdən imtina edib.

Rusiyanın Birinci telekanalının yaydığı videomaterialda Azərbaycanın Moskvadakı səfirliyinə məxsus avtomobilin görüşün keçirildiyi ərazidə olduğu görünür.

Məlumata görə, Rusiyadakı səfirimiz Polad Bülbüloğlu XİN-də təşkil olunan görüşdə iştirak edib.

Qeyd edək ki, martın 5-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Sergey Skripal Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Məlum hadisədən sonra iki ölkə arasında münasibətlər pozulub. Britaniya rəhbərliyi 23 Rusiya diplomatının ölkədən çıxarılmasına qərar verib.

Femida.az

Açar sözlər: #Polad_Bülbüloğlu   #Rusiya   #səfir   #XİN  

Oxunub: 590