11 yaşlı uşaq tonqala düşüb yandı - Sumqayıtda


01:42     22 Mart 2018 18_03_21_1521651839.jpg


Sumqayıtda 5-ci sinif şagirdi Novruz bayramı şənliyi zamanı yandırılan tonqalda yanıb.

Femida.az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə şəhərin 30-cu məhəllə ərazisində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 2007-ci il təvəllüdlü Ayxan Qardaşxan oğlu Şərəfxanlı Novruz bayramı günü həyətdə qalanan tonqalın üstündən tullanmaq istəyərkən ayağı büdrəyib. Nəticədə o, tonqalın üstünə yıxılıb.

Yeniyetmə müxtəlif dərəcəli yanıq xəsarətləri ilə dərhal Sumqayıt şəhər TTYX-a çatdırılıb. Bədəninin müxtəlif yerlərindən yanıq xəsarəti alan 11 yaşlı Ayxanın vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Sumqayıt   #şagird   #tonqal  

Oxunub: 928