Keçidi qoyub yoldan keçmək istədi - Maşın vurub öldürdü

Keçidi qoyub yoldan keçmək istədi - Maşın vurub öldürdü


13:23     22 Mart 2018 piyada2.jpg


Nərimanov rayonunda bir nəfərin ölümünə səbəb olan qəza baş verib.

Femida.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə Heydər Əliyev prospektində baş verib.

1978-ci il təvəllüdlü Əlizamin Ağayev yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub. Sürücü yaralını xəstəxanaya apararkən o yolda dünyasını dəyişib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Qeyd edək ki, hadisə yeraltı piyada keçidinin üzərində baş verib.

Femida.az

Açar sözlər: #piyada   #ölüm   #qəza   #keçid  

Oxunub: 769