Azərbaycanın Avropa Məhkəməsindəki hakiminin səlahiyyətləri ARTIRILDI
13:50 22 Mart 2018
Azərbaycanın Avropa Məhkəməsindəki hakiminin səlahiyyətləri və sosial təminatları artırılıb.
Femida.az-ın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Dəyişikliklə qanunun 73-cü (Konstitusiya Məhkəməsi hakiminin başqa təminatları) maddəsinə yeni - 9-cu bənd əlavə edilib.
Yeni bəndə əsasən, İnsan hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimin statusu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulur və bu qanunda, həmçinin digər normativ hüquqi aktlarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimi üçün nəzərdə tutulmuş təminatlar (bu Qanunun 71-ci, 72-ci, 73.5-ci, 73.6-cı və 73.8-ci maddələrində nəzərdə tutulmuş təminatlar istisna olmaqla) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimə də şamil edilir.
Dəyişikliyin məqsədi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimin statusuna bərabər tutulması və onların Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi üçün nəzərdə tutulmuş təminatlardan istifadə edilməsi üçün hüquqi əsasların yaradılmasıdır.
Qeyd edək ki, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində hazırki hakimi Lətif Hüseynovdur.
Femida.az
Oxunub: 5326
Oxşar xəbərlər
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Tərtərdə bacısını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Tanışını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Bakıda dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib
- Məhkəmə hakimlərinə məzuniyyətə çıxarkən verilən pul vəsaiti azaldılıb
- Konstitusiya Məhkəməsi sədrinin maaşı 1075 manat artırılıb
- Azərbaycanda məhkəmə hakimlərinin maaşı artırılıb
- Gəncədə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Mixeil Saakaşvilinin məhkəməsi yenidən təxirə salınıb
- Bakıda 9 il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib