Bu şəxslərin maaşı 20 manat artırılıb


14:35     22 Mart 2018 bankomat-pensiya-pul-maash.jpg


Azərbaycanda dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.

Femida.az-ın xəbərinə görə, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərara əsasən, Nazirlər Kabinetinin “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarında dəyişiklik edilib.

Dəyişikliklə dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən aşağıdakı məbləğlərdə müəyyən edilib:

Sıra №-si Aylıq vəzifə maaşının məbləği (manatla)
1. Ali kateqoriya dövlət orqanlarında 195
2. 1-ci kateqoriya dövlət orqanlarında 185
3. 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 175
4. 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında 145
Əvvəlki cədvəl isə belə idi:

Aylıq vəzifə maaşının məbləği(manatla)
Ali kateqoriya dövlət orqanlarında 175
1-ci kateqoriya dövlət orqanlarında 165
2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 155
4-cü və 5-ci kateqoriya dövlət orqanlarında 130
Qərar 2018-ci il martın 1-dən qüvvəyə minib.

Femida.az

Açar sözlər: #maaş   #artım   #sosial  

Oxunub: 1783