Baş məşqçilərin maaşları artırıldı


14:52     22 Mart 2018 18_03_22_1521701680.jpg


Azərbaycanda olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin aylıq vəzifə maaşları artırılıb.

Femida.az-ın xəbərinə görə, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərara əsasən, Nazirlər Kabinetinin “Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” qərarında dəyişiklik edilib.

Dəyişikliklə olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin aylıq vəzifə maaşları 594 manat məbləğində müəyyən olunub. İndiyə qədər bu məbləğ 540 manat idi.

Qərar 2018-ci il martın 1-dən qüvvəyə minib.

Femida.az

Açar sözlər: #maaş   #olimpiya   #artım  

Oxunub: 812