Ali təhsil müəssisələrində “İslamşünaslıq” ixtisası yaradıldı


15:22     22 Mart 2018 TELEBELER.jpg


Azərbaycanın ali təhsil müəssisələrində “İslamşünaslıq” ixtisası yaradılıb.

Femida.az-ın xəbərinə görə, Nazirlər Kabineti “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən, təsnifatın “Humanitar və sosial ixtisaslar qrupu” bölməsinə “İslamşümaslıq” ixtisası əlavə edilib. İndiyə qədər isə yalnız “Dinşünaslıq” ixtisası tədris olunub.

Nazirlər Kabineti bu dəyişikliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təklifini nəzərə alaraq edib.

Femida.az

Açar sözlər: #islam   #təhsil   #ixtisas   #din  

Oxunub: 849