Zaqatalada 31 yaşlı kişi özünü asdı


16:09     22 Mart 2018 intihar5.jpg


Zaqatala sakini intihar edib.

Femida.az-ın Report-a istinadən xəbərinə görə, hadisə bugün səhər saatlarında rayonun Qandax kəndində qeydə alınıb.

Kənd sakini 1987-ci il təvəllüdlü Anar İbad oğlu Kərimov yaşadığı evin həyətində qoz ağacından özünü asıb. Onun intihar etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Zaqatala   #intihar   #kriminal  

Oxunub: 774