Bu müəssisələrdə direktor və müavinlərin MAAŞI ARTIRILDI


16:11     22 Mart 2018 manattt.jpg


Nazirlər Kabineti “Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Femida.az-ın məlumatına görə, indiyə qədər müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 500 manat, direktorun müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 450 manat və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 400 manat müəyyən edilib.

Dəyişikliyə əsasən müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 550 manat, direktorun müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 495 manat və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 450 manat müəyyən edilib.

Femida.az

Açar sözlər: #maaş   #direktor   #artım   #peşə  

Oxunub: 4482