Azyaşlı uşağı maşın vuraraq öldürdü - Ağsuda


17:46     22 Mart 2018 18_03_22_1521711461.jpg


Ağsuda 10 yaşlı uşağı maşın vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, martın 20-də saat 14.00 radələrində Ağsu rayonunun Padarqışlaq kəndi ərazisində Şamaxı rayon sakini Şakir Salmanov idarə etdiyi “Mercedes” markalı avtomobillə qəflətən yola çıxan kənd sakini, 10 yaşlı Ramil Abışovu vurub. Nəticədə uşaq hadisə yerində ölüb.

Ağsu RPŞ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: #DİN   #uşaq   #qəza   #maşın  

Oxunub: 816