Gəncə sakini döyülüb


21:22     22 Mart 2018 dava.jpg

Gəncə sakini yaşadığı binada döyülüb.

Femida.az-ın verdiyi məlumata görə, hadisə Adil xan Ziyadxanov küçəsində yerləşən yataqxanada baş verib.

Orada yaşayan 1995-ci il təvəllüdlü Elşad Məmmədəliyev döyülərək müxtəlif bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən E. Məmmədəliyevə tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

E. Məmmədəliyevin kim tərəfindən döyüldüyü hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Gəncə   #tibb   #bina   #dava  

Oxunub: 433