Dünyanın ən nəhəng bank qarətləri


03:48     20 Sentyabr 2015 hr_30_Minutes_or_Less_1%20(1).jpg

“Cinayət cəzasız qalmır” məsəli tarixin müəyyən mərhələlərində özünü doğrultmayıb. Məsələ bundadır ki, külli miqdarda “mükafat” götürməyə müvəffəq olanlar bir sıra hallarda labüd cəzadan yaxa qurtara biliblər.


1945-ci il Reyxsbankın qarət edilməsi dünyanın ən böyük oğurluq hadisələrindəndir. Olayla bağlı saysız-hesabsız şayiələr indi də aktualdır. Lakin fakt faktlığında qalır: - Almaniyanın İkinci Dünya müharibəsindəki məğlubiyyətindən sonra Reyxsbankdakı qızıllar yoxa çıxmışdı.

Tarixçilər iddia edirlər ki, ölkənin demək olar bütün qızıl ehtiyatının toplandığı bankı elə faşistlərin özləri qarət ediblər. Bu səbəbdən də yoxlamalar zamanı Reyxsbankda ləl-cəvahiratdan əsər-əlamət qalmadığı üzə çıxdı. Ümumi həcmi 3,5 milyard dollar olan qızıl və onları qarət edənlər tapılmadı.

Reyxsbankdan fərqli olaraq Londondakı “Knightsbridge” bankını cəmi 2 nəfər qarət etdi. Banka daxil olmuş naməlum şəxslərə mühafizəçilərin əhəmiyyət verməməsi bu biznes strukturuna baha başa gəldi. Bütün bunlar cinayətkarlara içəri silahla daxil olmağa imkan yaratdı. Nəticədə qarətçilər bankın mühafizəçilərini tam neytrallaşdırdılar. Daha sonra bankın qapısı üzərinə “Müvəqqəti olaraq bağlıdır” bildirişini yapışdıraraq ciblərini doldurmağa başladılar. 174 milyon dolları qarət etmiş şəxslər asanca aradan çıxa bildilər.

Braziliyanın Fortaleza şəhərində yerləşən Mərkəzi Bankın mühafizəçiləri haradan biləydilər ki, onların qoruduqları maliyyə strukturuna təhlükə yerin üstündən yox, altından gələcək. Qarətçilər peşəkar cinayətkarlar idi.

Onlar bir müddət əvvəl bankın yaxınlığındakı evlərdən birini kirayəyə götürüb yerin altı ilə tunel qazmağa başlayırlar. Peşəkar cinayətkarlar tuneli hətta havalandırma sistemi və elektriklə də təchiz etmişdilər.

Bu yolla basqınçılar 3,5 ton qiymətli əşyanı oğurlamağa müvəffəq oldular. Qarət edilmiş əşyaların qiyməti ümumilikdə 69 milyon dollar dəyərində idi. Maraqlıdır, onlar bu qədər vəsaiti bankdan necə çıxarıblar?

Böyük Britaniyanın Kent qraflığındakı bankın qarət edilməsi bir sıra bədii filmlərdəki epizodları xatırladır. Polis forması geymiş cinayətkarlar bankın menecerinin avtomobilini saxlayıb onun arvadının və oğlunun oğurlandığını xəbər verirlər. Onlar meneceri ailə üzvlərinin girov götürülməsinə inandıra bilirlər.

Həyat yoldaşının və övladının oğurlanmasına inanan menecer özü də bilmədən cinayətkarlara kömək edir. Onlar birlikdə banka gəlirlər. Cinayətkarlar səssiz-səmirsiz bankdan 92,5 milyon dollar götürüb gedirlər.

İspaniyadakı “Banco Andalucia”nın qarət ediləcəyini bu ölkədə yalnız üz nəfər bilirdi. Marbella şəhərində yerləşən bankın divarının əks tərəfi otel otağı idi. Oteldəki nömrələrdən birini icarəyə götürmüş iki oğlan və bir qız otel otağının divarını deşərək bankı qarət etməyə müvəffəq oldular. Oğrular bu yolla 15 milyon dolları ələ keçirdilər.

Açar sözlər:

Oxunub: 1291