55 baş qoyun oğurlayan dəstə tutuldu


21:50     22 Mart 2018 2018/03/2ACAD14C-D266-43D9-85AB-CD0DBD306337_1521726995.jpeg

55 baş qoyun oğurlamaqda şübhəli bilinən Göygöl rayonunun Çaykənd kənd sakini Hüseyn Oruclu, Daşkəsən rayon sakini Malik Cəfərov və Gəncə şəhər sakini Rafiq Bayramalıyev saxlanılıb.

Femida.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 3-də rayon sakini Elxan Əliyevə məxsus fermadan 55 baş qoyun oğurlamaqda şübhəli bilinən Çaykənd kənd sakini, əvvəllər məhkum olunmuş Hüseyn Oruclu, Daşkəsən rayon sakini əvvəllər məhkum olunmuş Malik Cəfərov və Gəncə şəhər sakini Rafiq Bayramalıyev saxlanılıb.

Bundan başqa onlar bir qrup şəxs halında martın 2-dən 3-nə keçən gecə Əliyev Elxan Rauf oğluna məxsus şəxsi təsərrüfatında saxladığı 55 baş xırda buynuzlu heyvanı Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən fermasındakı tövlədən gizli yolla oğurlayıblar.

İş üzrə oğurlanmış heyvanlar tapılaraq sahiblərinə qaytarılıb.

Araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər: #DİN   #Göyçay   #qoyun  

Oxunub: 511