Mingəçevirdə ağır yol qəzası baş verdi


22:29     22 Mart 2018 qeza_yeni.jpg

Mingəçevirdə avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb, sürücü xəsarət alıb

Femida.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Samux küçəsində baş verib.

Belə ki, ”Niva” markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil yolun kənarındakı işıq dirəyinə çırpılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü, 1995-ci il təvəllüdlü Hümbətov Əmirxan Vüqar oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Qəza   #Mingəçevir  

Oxunub: 493